Salı, Mart 17, 2020 -
0 Yorum
0 Yorum
Bayatı-Şiraz Tasnifi | İlk Muhabbet | Muhabbetin Kudreti
İlk Məhəbbət
Mus : Habil Əliyev
Söz : Süleyman Rüstəm
Sevgisiz bir çiçək bitməz, ey könül,
İnsan muradına yetməz, ey könül,
Nədəndir, bilmirəm, getməz, ey könül,
Başımdan sevdası ilk məhəbbətin.
Bu dərdə neyləsin loğmanın əli?
Əlimə dəyməmiş cananın əli.
Döydü qapımızı hicranın əli,
Budur mu vəfası ilk məhəbbətin?
Mən onu sevmişəm bir ilk baharda,
O məni tərk etdi boranda, qarda,
Hər yara sağalar, unudular da,
Sağalmaz yarası ilk məhəbbətin.
----------
Sevirem
Söz : Əliağa Vahid
Sevirəm bir səni yarım, mələyim, özgəni yox,
Sən də insaf elə barı mənə naz eyləmə çox.
Ölkəmin sevgili-şövkətli gözəl bir qızısan,
Gələcək nəslimin ən parlayıcı yıldızısan.
Sevməməklik nə rəva, sən kimi ziba gözəli,
Hüsnü-əxlaqı gözəl, söhbəti şirin, məzəli.
Varlığım, hissim, həyatım, həvəsim bir sənsən,
Sən mənim könlüm üçün bir əbədi gülşənsən.
Əgər ay tutulsa, gün batsa, ziyalər sönsə,
Yenə qəlbimdə xəyalın mələyim, nur saçacaq.
Taleyim yüksələcək göylərə, zülmət qaçacaq,
Bəslərəm daima ağuşi-məramımda səni.
Basaram bağrıma şövq ilə o nazik bədəni,
Məhrəmanə gülüşüb, sübhə kimi oynaşarıq.
Sadə bir pak məhəbbətlə cahanda yaşarıq,
Ya qəbul eylə və ya rədd cavab et nə dirəm?
Vahidəm, bəlkə də, yarım sənə layiq deyiləm...
----------
Ey Təbib
Söz: Fuzûlî
Yоhdu bu rüsvâlığın derdine dermân ey tabîb
Eyleme rüsvâ özün hem kalbimi kan ey tabîb
Оlmak istersen eğer âsûde kоy râhat meni
Derdimin yоh çâresine çünki imkân ey tabîb
Sen kan almakla yakin bir fayda vermezsen câna
Şevk-i lâ’lini çıhar mümkünse cândan ey tabîb
Оlsa her şerbet bu sevdâ derdine etmez ilâc
Şerbetimdir vasl-ı yâr ü zikr-i cânân ey tabîb
Gamla öldürsen meni izhâr kılma kimseye
Kоy rakîbim bilmesin var mende efgan ey tabîb
Maksadım açmak değildi derdimi aslâ sana
İstedim pünhân edim senden ne pünhân ey tabîb
Öldürüb yüz sen kimi bî-derdi bu derdim menim
Gel Fuzûlî derdini sanma çоh âsân ey tabîb
----------
Məhəbbətin Qüdrəti
Mus & söz : Aşıq Xanış Zahidov
Sevgilimin eşqi düşüb canıma,
Ana, göz yaşımı sil, qadan alım.
Yaşım iyirmini adlayıb, keçir,
Gözləyə bilmirəm il, qadan alım.
Bu nə sirdir, düşdüm, anam?
Eşq odunda bişdim, anam!
Məhəbbətin qüdrətini
Mən belə bilməmişdim, anam!
Bişdim, anam, düşdüm, anam,
Eşq odunda bişdim, anam,
Məhəbbətin qüdrətini
Mən belə bilməmişdim, anam!
Qonşuda bir qız var, sarı köynəkdir,
Evləri evimizə söykənəcəkdi,
Qara qaş, qara göz, yaman göyçəkdir,
Özün dərdlərimi bil, qadan alım.
________________________
0 yorum:
Yorum Gönder